
Bakı.Trend:
İyulun 27-28-də bəzi bölgələrdə gözlənilən küləkli
hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Trend xəbər verir ki, bu barədə Milli
Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, Culfa, Ordubad, Daşkəsən, Goranboy,
Ağstafa, Qazax, Gəncə, Şəmkir, Lənkəran, Astara, Lerik, Yardımlı,
Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Hacıqabul,
Şabran, Siyəzən, Qusar, Xaçmaz, Xızı, Ağdaş, Şirvan, Göyçay, Tovuz,
Bərdə, Kəlbəcər, Cəbrayıl, Qobustanda fasilələrlə cənub-şərq küləyi
əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.