
Bakı. Trend:
İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində
baş verən yanğının səbəbi məlum olub.
Trend xəbər verir
ki, bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin
mətbuat xidmətləri birgə məlumat yayıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, yanğın ərazidəki elektrik
dirəyində baş verən qısaqapanma nəticəsində yaranıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə
Xidmətinin əməkdaşları tərəfindən 4 hektarlıq otlaq sahəsində baş
vermiş yanğın qısa müddətdə söndürülüb, alovun meşə ərazisinə
keçməsinin qarşısı alınıb.

