Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək

Cəmiyyət

Bakı. Trend:

Bakı Metropoliteni iyulun 27-də Bakı Olimpiya Stadionunda
keçiriləcək dünya şöhrətli müğənni Castin Timberleykin konserti ilə
əlaqədar olaraq iş rejimində dəyişiklik edəcək.

Trend-in
məlumatına görə, bu barədə “Bakı Metropoliteni” QSC-dən
bildirilib.

Konsertin saat 20:00-da başlanması nəzərə alınaraq, metro
stansiyalarının iş vaxtı iyulun 27-dən 28-nə keçən gecə 2 saat
uzadılacaq. Belə ki, bütün stansiyaların girişi saat 00:00-dan
02:00-dək sərnişinlərin istifadəsində olacaq.




Bu addımın məqsədi konsert iştirakçılarının gec saatlarda
ictimai nəqliyyatdan rahat və təhlükəsiz şəkildə istifadə
etmələrini təmin etməkdir.

Tədbirə gedən sərnişinlərə “Koroğlu” stansiyasının 3 və 4-cü
çıxışlarından istifadə etmələri tövsiyə olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir