Ağdamda yol qəzasında xəsarət alanların kimliyi məlum olub

Cəmiyyət

Bakı. Trend:

Ağdamda Pikap markalı minik maşını ilə SHACMAN markalı yük
maşınının toqquşması zamanı xəsarət alan şəxslərin kimliyi
açıqlanıb.

Trend-in yerli
müxbirinin xəbərinə görə, xəsarət alanlar 1981 ci il təvəllüdlü
Tağıyev Niyaməddin Tofiq oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Emin
Qismət oğlu, 1975-ci il təvəllüdlü Əsgərov Vaqif Nürəddin oğlu,
1976-cı il təvəllüdlü şükürov Yaşar Vəliyəddin oğlu, 1981-ci il
təvəllüdlü Quliyev Cəmaləddin Kərim oğlu olduğu bildirilir.




Faktla bağlı araşdırma aparılır