Laçında yol qəzası baş verib

Cəmiyyət

Bakı. Trend:

Laçında 3 nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən
yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in yerli
müxbirinin xəbərinə görə, hadisə rayonun Qarakeçdi kəndi ərazisində
baş verib.




Belə ki, Mahir Abdullayevin idarə etdiyi MERCEDES markalı minik
avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan Şəhla Novruzova və
Xədicə Novruzova hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan
digər sərnişin Ramilə Abdullayeva isə müxtəlif dərəcəli bədən
xəsarətləri alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir