Bakı Olimpiya Stadionundakı konsertlə bağlı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Cəmiyyət

Bakı. Trend:

Bakı Olimpiya Stadionunda keçiriləcək konsertlə bağlı nəqliyyat
vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzinin məlumatında deyilir.




Konsert proqramı ilə əlaqədar Heydər Əliyev prospekti və Nizami
rayonu, Xəlil Rza Ulutürk küçəsi istiqamətindən stadion
istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq
edilib.