Yevlaxda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Cəmiyyət

Bakı. Trend:

İyulun 27-də Yevlax rayonunun Çənlibel qəsəbəsi ərazisində
qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil
olub.

Yevlax rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı
1962-ci il təvəllüdlü İlham Mirzəyevin rayonun Çənlibel qəsəbəsində
bıçaqla həmkəndlisi 1978-ci il təvəllüdlü Habil Kərimova xəsarət
yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanılıb.




İlham Mirzəyəv şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam
etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir