Dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycana idxalı qaydasında dəyişiklik edilib

Cəmiyyət

Bakı. Trend:

“Dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycan
Respublikasına idxalı Qaydası”nda dəyişiklik edilib.

Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.




Qərara əsasən, humanitar məqsədlər üçün Azərbaycan ərazisinə
gətirilən dərman vasitələri gömrük məntəqələrində
rəsmiləşdirilərkən həmin dərman vasitələrini gətirən ərizəçilər
Nazirlər Kabinetinin razılığını gömrük orqanlarına təqdim
etməlidirlər.

Əvvəlki qanunvericilikdə Beynəlxalq Humanitar Yardım üzrə
Respublika Komissiyasının razılığı tələb olunurdu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir