“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda (FOTO)

Cəmiyyət

Bakı. Trend:

İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi və “YAŞAT”
Fondunun təşkilatçılığı ilə Londonda üçüncü “YAŞAT” yay məktəbi
başlayıb. Yay məktəbində ölkə üzrə 9-cu sinif buraxılış
imtahanlarında yüksək nəticə göstərmiş 10 şəhid övladı iştirak
edir.

Proqramın əsas məqsədi şəhid övladlarının dünyagörüşünü
genişləndirmək, dil biliklərini artırmaq, fərdi bacarıqlarını
inkişaf etdirmək və beynəlxalq mühitdə aktiv iştiraklarına imkan
yaratmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə dəstək
göstərməkdir.

İyulun 20-dən avqustun 3-dək davam edəcək “YAŞAT” yay məktəbi
London Universitet Kollecində təşkil olunub. Proqram müddətində
iştirakçılar hər gün 3 saatlıq intensiv ingilis dili dərslərində
iştirak edir, şəhər ekskursiyaları, tarixi abidələrə və muzeylərə
maraqlı səfərlərlə zəngin bir təcrübə yaşayırlar.

“Bakcell” bu təşəbbüslə cəmiyyətin davamlı inkişafına töhfə
verən korporativ sosial məsuliyyət (KSM) və dayanıqlılıq
strategiyasını uğurla davam etdirir. Gənclərin dəyişən dünyada
innovativ düşüncə tərzinin formalaşmasına və fərdi inkişafına
yönəlmiş sosial layihələrə dəstək şirkətin əsas
prioritetlərindəndir.




“NEQSOL Holding”in tərkibinə daxil olan “Bakcell” “YAŞAT” Fondu
ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə ilə əlaqədar
əlilliyi olan şəxslərə sosial dəstək layihələrini davamlı olaraq
həyata keçirir. Bu əməkdaşlıq “NEQSOL Holding” və “YAŞAT” Fondu
arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata
keçirilir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya
şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini
yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin
edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı
innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. “Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL
Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Spread the love