Dövlət əleyhinə yönələn çağırışlarda təqsirləndirilən şəxsə hökm oxunub

Cəmiyyət

Bakı. Trend:

Dövlət əleyhinə yönələn açıq çağırışlarda təqsirləndirilən, ölkə
xaricində yaşayan bloqer İmaməddin Əlimanovun cinayət işi üzrə
məhkəmənin yekun prosesi keçirilib.

Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn
Hüseynlinin sədrliyi ilə baş tutan prosesdə qiyabi hökm oxunub.




Hökmə əsasən, İ.Əlimanov 7 il müddətində azadlıqdan məhrum
edilib.

Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 12.1 281.2-ci (dövlət
əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) maddəsi ilə
ittiham olunub.