Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alanların siyahısı genişləndirilib

Cəmiyyət

Bakı. Trend:

“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən
istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin
Siyahısı”nda dəyişiklik edilib.

Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.




Sənədə əsasən, qızıl otağının nəzarətçiləri və emal sahəsində
nəzarətçilər bu siyahıya əlavə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu
kitabçalarının 6 ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin
edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir