
Bakı. Trend:
Rusiyanın “Aeroflot” hava yolları şirkətinin informasiya
sistemində baş verən xətaya görə reyslərini təxirə salması
Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə heç bir təsir
göstərməyib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Heydər Əliyev
Beynəlxalq Aeroportundan bildirilib.
“Aviaşirkətin bütün reysləri qrafik və ya proseslərdə dəyişiklik
edilmədən adi rejimdə qəbul edilir və onlara xidmət göstərilir”, –
hava limanından bildirilib.
Qeyd medək ki, Rusiyanın “Aeroflot” hava yolları şirkəti
informasiya sistemində baş verən xətaya görə Moskvadan 42 hava
reysini təxirə salıb. Aviaşirkət reyslər barədə aktual məlumatları
aeroportun rəsmi saytından dəqiqləşdirməyə çağırıb.