2025/2026-cı tədris ili üzrə qəbul çərçivəsində nəticələrin ilkin siyahısı müəyyən olunub

Cəmiyyət

Bakı.Trend:

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na
(bundan sonra – Dövlət Proqramı) bakalavriat və doktorantura
səviyyələri üzrə qəbul nəticələri müəyyən olunub.

Trend xəbər
verir ki,müsabiqənin nəticələrinə əsasən 125 nəfər
namizəd
bakalavriat səviyyəsi üzrə, 19 nəfər
namizəd
isə doktorantura səviyyəsi üzrə olmaqla, müvafiq
Seçim Qaydalarına aid meyarlara uyğun olaraq ümumilikdə
144 nəfər
Dövlət Proqramına qəbul olmuş və
proqram iştirakçısı adını qazanıb.

Dövlət Proqramı iştirakçıları dünyanın 33 nüfuzlu ali təhsil
müəssisələrində təhsil alacaqlar ki, bu ali təhsil müəssisələri
sırasında “Stanford University”, “University of California,
Berkeley”, “National University of Singapore”, “ETH Zurich”, “University of Cambridge”, “University of Oxford”, University of
Hong Kong”, “Istanbul Technical University”, “Seoul National
University” kimi nüfuzlu ali təhsil müəssisələri də yer alır.




Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində bakalavriat
səviyyəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə
əldə etmiş, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid
ehtiyat siyahısı da vardır ki, 2025/2026-cı tədris ili üzrə proqram
iştirakçısı seçilmiş namizədlərdən proqramdan bu və ya digər
səbəbdən imtina etdiyi təqdirdə Seçim Qaydalarının 4.20-ci bəndi
rəhbər tutularaq sözügedən siyahıya istinad olunaraq növbəti Dövlət
Proqramı iştirakçısının seçilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Dövlət Proqramı çərçivəsində magistratura
səviyyəsi üzrə ilkin mərhələdə sənədlərini düzgün şəkildə təqdim
edən namizədlərlə növbəti mərhələ olaraq müsahibələr
keçirilməkdədir. Müvafiq təhsil səviyyəsi üzrə nəticələrin
açıqlanması növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə
tutulur.