
Bakı. Trend:
İyulun 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının
“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd
axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda
narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan
Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən
məlumat verilib.
Bildirilib ki, axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən
ümumi çəkisi 12 kiloqram 100 qram narkotik vasitə marixuana və 399
ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq
götürülüb.
Qeyd edilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam
etdirilir.

