Bağçalara tərbiyəçi-müəllimlərin sənəd qəbulu başladı

Cəmiyyət

Bakı. Trend:

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə
qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start
verilib.

Bu barədə Trend-ə Təhsil İnstitutunun nəzdində İnsan Resursları
Mərkəzindən məlumat verilib.




Bildirilib ki, 29 iyul saat 11:00-dan 4 avqust saat 11:00-dək
namizədlər www.miq.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə
bilərlər.

Qeyd edilib ki, bu mərhələdə məktəbəqədər təhsil sahəsi üzrə ali
və ya orta ixtisas təhsilli (eləcə də xarici dövlətlərin tanınmış
kvalifikasiyasına sahib olan) şəxslər iştirak edə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir