Büdcə təşkilatlarında mühasibat uçotunun aparılma mərhələləri müəyyənləşdi

Cəmiyyət

Bakı. Trend:

Baş nazir Əli Əsədov büdcə təşkilatlarında mühasibat uçotunun
elektron formada aparılması mərhələlərinin müəyyən edilməsi
haqqında qərar imzalayıb.

Trend xəbər
verir ki, qərara əsasən, büdcə təşkilatları tərəfindən
“e-mühasibat” informasiya sistemində yerləşdirilmiş mühasibat
uçotunun aparılmasını təmin edən proqram təminatı vasitəsilə
mühasibat uçotunun elektron formada aparılması aşağıdakı
mərhələlərdə həyata keçiriləcək:




1. Tabeli təşkilatı (təşkilatları) olmayan büdcə təşkilatları –
2027-ci il yanvarın 1-dən.

2. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını
tərtib edən büdcə təşkilatları – 2028-ci il yanvarın 1-dən.

Spread the love