
Bakı.Trend:
Həftəsonunadək ölkə ərazisində isti hava şəraitinin
davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron
yarımadasında +35 dərəcədən +39 dərəcəyədək, avqustun 2-3-də +40
dərəcəyə yaxın, dağlıq rayonlarda +29 dərəcədən +34 dərəcəyədək,
Mərkəzi Aran, eyni zamanda, Naxçıvan MR-da isə +35 dərəcədən +40
dərəcəyədək, bəzi yerlərdə +41 dərəcəyədək isti olacağı
gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli
Hidrometeorologiya Xidmətindən məlumat yayıb.
Abşeron yarımadasında, o cümlədən, sahilyanı
ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da
havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin
olmasına səbəb olacaq.