
Bakı. Trend:
27 iyul 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) ali
təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti
istiqaməti üzrə ixtisasların Harmoniya və solfecio, Musiqi
nəzəriyyəsi və solfecio fənləri üzrə imtahan keçirib. İmtahanlar
Bakı, Gəncə, Naxçıvan şəhərlərində təşkil edilib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahan nəticələri
DİM-in internet səhifəsində yerləşdirilib.
Abituriyentlər imtahan nəticələri haqqında məlumatı mobil
operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan
üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727
nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda 1064 nəfər iştirak edib.
“Harmoniya və solfecio”, “Musiqi nəzəriyyəsi və solfecio”
fənlərinin hər biri üzrə iştirakçılara 30 qapalı tipli tapşırıq
təqdim olunub.
Qeyd edək ki, qiymətləndirmə fənlərin hər biri üzrə 10 ballıq
şkalada aparılır.
Doğru cavablandırılan tapşırıqların sayı |
Qiymətləndirmə (balla) |
28-30 |
10 |
25-27 |
9 |
22-24 |
8 |
19-21 |
7 |
16-18 |
6 |
13-15 |
5 |
10-12 |
4 |
7-9 |
3 |
4-6 |
2 |
1-3 |
1 |
0 |
0 |
İxtisaslar üzrə nəzəriyyə fənləri və müsabiqə balları burada təqdim olunub.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət
etmək istəyənlər 30 iyul saat 10:00-dan 31 iyul saat 17:00-dək
DİM-in saytında yerləşdiriləcək elektron
ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən
müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün
müraciət edə bilməyəcəklər.
Apellyasiya prosesi telefon əlaqəsi vasitəsilə təşkil edilir.
Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə
müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs
müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda
müzakirə prosesi dayandırılır.