Dövlətə külli miqdarda vergi borcu olan MTK MMC-yə çevrilir

Cəmiyyət

Bakı. Trend:

“Aviq” Mənzil-Tikinti Kooperativi (MTK) təşkilati-hüquqi
formasını dəyişir.

Trend xəbər verir ki, bu
barədə şirkət özü elan edib.

Bildirilib ki, MTK təşkilati-hüquqi formasını dəyişdirərək
məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevirilir.




Sözügedən şirkət 2007-ci ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 300 manat olan şirkətin qanuni təmsilçisi
Əsgərov Əliyar Əsgər oğludur.

Qeyd edək ki, “Aviq” MTK-nın hazırda dövlətə 697 755 manat vergi
borcu var.