Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd edən Türkiyə vətəndaşı həbs edilib

Cəmiyyət

Bakı.Trend:

Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd edən Türkiyə
vətəndaşı həbs edilib.

Trend-in
məlumatına görə, aprelin 4-də saxta sənədlərlə Türkiyədən
Azərbaycana keçməyə cəhd edən türk vətəndaşının məhkəməsi
keçirilib.

Belə ki, təqsirləndirlən şəxs qanunsuz olaraq Azərbaycan
Respublikasına gəlmək üçün özünün anket məlumatları və öz fotoşəkli
daxil edilməklə Türkiyə Respublikasına məxsus pasportu qəsdən,
qanunsuz olaraq əldə edib.




O, 4 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin Sədərək rayonunda yerləşən “Sədərək” sərhəd
nəzarəti məntəqəsinə gəlib. Həmin gün saat 20:20 radələrində saxta
pasportu sərhəd nəzarətinə təqdim etməklə qanunsuz olaraq Türkiyə
Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd
edib.Llakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
əməkdaşları tərəfindən saxlanıldığı üçün cinayət əməlini başa
çatdıra bilməyib.

Sədərək rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci, 320.2-ci və
maddələri ilə ilə təqsirli bilinərək 11 ay müddətinə azadlıqdan
məhrum etmə cəzasına məhkum edilib.