
Bakı. Trend:
Hazırda xaricdə yaşayan bloger Qabil Məmmədovun cinayət işi üzrə
məhkəmənin yekun iclası keçirilib.
Trend xəbər
verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən
prosesdə qiyabi hökm oxunub.
Qabil Məmmədovun 16 il müddətinə azadlıqdan məhrum edilməsi
barədə hökm çıxarılıb.
Qeyd edək ki, Qabil Məmmədova qarşı Baş Prokurorluğunun İstintaq
İdarəsi tərəfindən cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 24
maddəsi ilə təqsirləndirilir.