Bu il 41 bağça müdiri işdən çıxarılıb

Cəmiyyət

Bakı.Trend:

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəbəqədər
təhsil müəssisələri üçün keyfiyyət çərçivə sənədi hazırlanıb.

Trend xəbər
verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin
təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

Onun sözlərinə görə, bu sənədə əsasən 150 bağçada daxili
keyfiyyət sisteminin qurulması üzrə monitorinqlər həyata
keçirilib:




“Bu il əlavə 100 bağçada da keyfiyyət təminatı üzrə
monitorinqlərin davam etdirilməsi planlaşdırılır”

O qeyd edib ki, Agentlik və yerli təhsili idarəetmə
orqanlarıtərəfindən aparılan planlı monitorinqlər zamanı idarəetmə
sistemi, pedaqoji proseslər və inzibatiişlər yoxlanılır:

“2025-ci ilin yanvar ayından etibarənmüxtəlif səbəblərə görə 41
müdir işdən çıxarılıb və100-dən çox müdirə inzibati tədbirlər
tətbiq olunub”.

Spread the love