Kanadada yaşayan soydaşlarımız üç böyük paradda ölkəmizi təmsil edib (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Kanadanın Alberta əyalətində yaşayan Azərbaycan icması “Heritage
Park Canada Day” və “Banff Canada Day” paradlarında ilk dəfə,
“Stampede” paradında isə artıq ikinci dəfə ölkəmizi təmsil
ediblər.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Bildirilib ki, paradlarda milli ornamentlərlə bəzədilmiş xüsusi
konstruksiyalı nəqliyyat vasitəsi üzərində ölkəmizin zəngin
mədəniyyətini əks etdirən simvollar nümayiş olunub. Kompozisiyada
Qız qalasının modeli, Azərbaycan xalçası, “Odlar Yurdu”nu simvolizə
edən alov maketləri, musiqi alətləri, Qarabağ atlarının və Şuşa
qalasının təsviri yer alıb.




Layihənin müəllifi Kalqari şəhərində fəaliyyət göstərən
Azərbaycan icmasının rəhbərlərindən biri İradə Şamilovadır.
Kompozisiyanın hazırlanmasında Kalqari icmasının fəalı Aleks
Qubski, “Azerbaijan Calgary Stars” rəqs qrupu və digər könüllülər
iştirak ediblər.

İradə Şamilovanın sözlərinə görə, təkcə “Stampede” paradı zamanı
Azərbaycan bayrağı və milli musiqi sədaları altında irəliləyən
qrupumuzu təxminən 300.000 nəfərə yaxın yerli sakin izləyib.
Paradın onlayn izləyici sayı isə 5 milyon nəfərə çatıb. İcmamızın
çıxışı tamaşaçıların alqışları, soydaşlarımızın sevinc və qürur
hissi ilə qarşılanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir