
Bakı. Trend:
Vüqar Süleymanov 1998-ci ildə ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə Səudiyyə Ərəbistanına göndərilən ilk azərbaycanlı
həkimlərdəndir. O, hazırda Əl-Cübeyl şəhərindəki xəstəxanaların
birində şöbə müdiri kimi çalışır və tibb sahəsindəki yüksək
ixtisası, peşəkarlığı ilə seçilir.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Bildirilib ki, elmi fəaliyyətə xüsusi önəm verən həkim Vüqar
Süleymanov 2002-ci ildə elmlər namizədi, 2017-ci ildə isə elmlər
doktoru elmi dərəcəsi alıb. Soydaşımız Böyük Britaniya, Kanada,
Fransa və ABŞ kimi ölkələrdə təhsil alıb, bu ölkələrin cərrahiyyə
sahəsindəki təcrübələrinə yiyələnib.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Səudiyyə
Ərəbistanında azərbaycanlı həkim, tibb elmləri doktoru Vüqar
Süleymanovla görüşüb, Komitənin İctimai TV ilə ortaq layihəsi olan
“Vətən uzaqda deyil” proqramı üçün müsahibə alıblar.
“Vətən uzaqda deyil” proqramının soydaşımıza həsr olunmuş
buraxılışını bu linkə keçid edərək izləmək mümkündür: https://www.youtube.com/watch?v=A8iznvnvSPA&t=843s