Gürcüstan axtarışda olan Azərbaycan vətəndaşını təhvil verdi

Cəmiyyət

Bakı. Trend:

Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı
Süleymanov Elnur Qüdrət oğlunun ekstradisiyası haqqında qərar qəbul
olunub.

Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.




Bildirilib ki, Suraxanı rayon polis idarəsi tərəfindən istintaqı
aparılan cinayət işi üzrə Elnur Süleymanov Cinayət Məcəlləsinin
127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma xuliqanlıq niyyəti
ilə törədildikdə) və 221.1-ci (xuliqanlıq) maddələrində nəzərdə
tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən
edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında
qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Elnur Süleymanov Gürcüstan Respublikası ərazisində saxlanılaraq
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun
müşayiəti ilə Azərbaycana gətirilib.