Lənkəranda bir neçə yaşayış məntəqəsində elektrik enerjisi kəsiləcək

Cəmiyyət

Bakı. Trend:

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin
verilişində fasilə yaranacaq.

Trend xəbər verir
ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, iyulun 31-də Lənkəran Elektrik Şəbəkəsinin
ərazisində yerləşən 35 kV-luq “Hirkan” hava xəttində təmir işləri
aparılacaq.




Bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək rayonun
Gərmətük, Hirkan qəsəbələri, Daşdalıqjar, Kosalar, Mamusta,
Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində
məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.

Spread the love