
Bakı. Trend:
Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun açıqlamasına əsasən, yeraltı
təkanlar Daşkəsən seysmik stansiyasından 31 km cənub-qərbdə,
Kəlbəcər rayonu ərazisində baş verib. 3 bal gücündə zəlzələ yerli
vaxtla saat 05:07-də baş verib.
Zəlzələnin ocağı 13 km dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb və hər hansı dağıntı və ya fəsad qeydə
alınmayıb. Hazırda ərazidə seysmik vəziyyət nəzarət altındadır.