
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il avqustun 3-də
inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı
vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə
dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət
qulluğunda inzibati vəzifələrin B növünə aid olan BB vəzifə
altqrupuna uyğun vəzifələr üzrə imtahan keçiriləcək.
Trend
xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, BB vəzifə altqrupu üzrə test imtahanı elektron
qaydada təşkil olunacaq.
İmtahanda iştirak üçün 783 namizəd qeydiyyatdan keçib.
Namizədlər
bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap
etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən
sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq
gətirməlidirlər.
İmtahan saat 10:00-da başlanır Saat 09:45-dən sonra gələn
namizədlər imtahana buraxılmır.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda
iştirak etmək üçün AB qrupu üzrə 2, AC qrupu üzrə 6, BA qrupu üzrə
50, BB qrupu üzrə isə 140 olmaqla, ümumilikdə 198 namizəd
qeydiyyatdan keçib.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı
iştirakçıları
bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap
etməlidirlər.
Buraxılış vərəqəsində imtahana gəlməli olan vaxt və digər zəruri
məlumatlar göstərilib. İmtahan saat 16:00-da elektron qaydada
təşkil olunacaq və 2 saat 30 dəqiqə davam edir. Saat 15:45-dən
sonra gələn namizədlər imtahana buraxılmırlar.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin
əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
İmtahanların keçirilməsi üçün 11 imtahan rəhbəri, 63 nəzarətçi
və 11 buraxılış rejimi əməkdaşı ayrılıb.