Avqustun ilk günü 41 dərəcə isti olacaq

Cəmiyyət

Bakı. Trend:

Avqustun 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Trend
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin
günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.




Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz
+34 dərəcədən +38 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan
aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz
40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az
yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər arabir duman olacağı
ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz
+35 dərəcədən +39 dərəcəyədək, bəzi yerlərdə +41 dərəcəyədək,
dağlarda gecə +15 dərəcədən +20 dərəcəyədək, gündüz +28 dərəcədən
+33 dərəcəyədək olacaq.