
Bakı. Trend:
Avqust ayına olan hava proqnozu açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Milli
Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqust ayının hidrometeoroloji şəraiti iyul
ayından az fərqlənir və temperatur rejimi demək olar ki, eyni
intervalda tərəddüd edir. Nadir hallarda qısamüddətli leysan
yağışları yağır.
Yayın əvvəlinə nisbətən avqust ayında şimşək və dolu hadisələri az
müşahidə edilir.
Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim
normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı
gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına
yaxın olacağı ehtimal olunur.
Birinci ongünlükdə ölkə ərazisində hava şəraitinin əsasən
yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq
ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq
küləyi üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq
temperaturunun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu
22-27 dərəcə, gündüzlər 29-34 dərəcə, bəzi günlərdə 38-40 dərəcə
isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim
normasına yaxın olacağı gözlənilir (norma 6-8 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur
rayonlarında havanın orta aylıq temperaturu 26-29 dərəcə isti
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər
yüksəkdir. Gecələr havanın temperaturu 23-28 dərəcə, gündüzlər
30-35 dərəcə, bəzi günlərdə 38-41 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı
gözlənilir (norma 6-10 mm).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin
Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun
18-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına
yaxındır. Gecələr havanın temperaturu 15-20 dərəcə, gündüzlər 27-32
dərəcə, bəzi günlərdə 35-37 dərəcə isti olacağı gözlənilir. Aylıq
yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir
(norma 26-55 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan
rayonlarında havanın orta aylıq temperaturunun 20-23 dərəcə isti
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr
havanın temperaturu 13-18 dərəcə, gündüzlər 25-30 dərəcə, bəzi
günlərdə 33-37 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının
miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-37
mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli
rayonlarında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər
yüksəkdir. Gecələr havanın temperaturu 21-26 dərəcə, gündüzlər
29-34 dərəcə, bəzi günlərində 37-41 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı
gözlənilir (norma 19-27 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr havanın temperaturu 19-24 dərəcə, gündüzlər 28-33 dərəcə,
bəzi günlərdə 35-38 dərəcə isti olacağı gözlənilir. Aylıq
yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir
(norma 27-116 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir,
Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan,
Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 27-29
dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və
bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 22-27 dərəcə,
gündüzlər 30-35 dərəcə, bəzi günlərdə 38-41 dərəcə isti olacağı
gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın
olacağı gözlənilir (norma 6-22 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad
rayonlarında havanın orta aylıq temperaturunun 23-27 dərəcə isti
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər
yüksəkdir. Gecələr havanın temperaturu 20-25 dərəcə, gündüzlər
30-35 dərəcə, bəzi günlərdə 37-39 dərəcə isti gözlənilir. Aylıq
yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir
(norma 13-83 mm).