Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır

Cəmiyyət

Bakı. Trend:

6 avqust saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə
müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi
həyata keçiriləcək.

Trend
xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat
yayıb.

“Nəzərinizə çatdırırıq ki, bütün fənlər üzrə test imtahanında
ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə
minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən
namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq
vakansiya seçimi edə biləcəklər.




Məlumat üçün qeyd edək ki, namizədlər seçdiyi vakant yerə
yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin
növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Vakansiya seçimi mərhələsi ilə bağlı ən çox ünvanlanmış
sualların cavabları ilə https://miq.edu.az/faq linkinə daxil olaraq tanış ola
bilərsiniz”, – deyə məlumatda qeyd edilib.