Sabahdan bu yollarda hərəkət mərhələli şəkildə məhdudlaşdırılacaq

Cəmiyyət

Bakı. Trend:

M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi
avtomobil yolunun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində
aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 1 avqust tarixindən
etibarən avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə
məhdudlaşdırılacaq.

Trend
xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi məlumat yayıb.




Bildirilib ki, hərəkətin məhdudlaşdırılması aparılan işlər
bitənədək qüvvədə olacaq:

“Sürücülərdən sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli
olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının
tələblərinə riayət etmələri xahiş olunur”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir