
Bakı. Trend:
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti “Müddətdən artıq həqiqi
hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun uğurla başa
çatması münasibətilə buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, mərasimdə əvvəlcə xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi
bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər məzunlara Vətənə və hərbi anda sadiq
olmağı, hərbçi şərəfini hər zaman uca tutmağı, bilik və
bacarıqlarını daim inkişaf etdirməyi tövsiyə edib, xidməti
fəaliyyətlərində uğurlar arzulayıblar.
Məzunlar kurs müddətində qazandıqları bilik və praktiki
vərdişlərdən faydalanmaqla qarşıya qoyulan tapşırıqları vicdanla
yerinə yetirəcəklərinə, Vətən torpaqlarını layiqincə
qoruyacaqlarına söz veriblər.
Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra kurs
birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Sonda hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin tribuna
önündən təntənəli keçidi olub.

