Bakının bu ərazisində qaz kəsiləcək

Cəmiyyət

Bakı. Trend:

Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatı
müvəqqəti dayandırılacaq.

Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.




Bildirilib ki, Sabunçu rayonu ərazisindəki qaz kəməri üzərində
aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 01.08.2025-ci il
tarixdə saat 10:00-dan etibarən “Yeni Zabrat” ölçü qovşağında qaz
təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun II Zabrat
qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir