Xalq artisti Arif Babayev vəfat edib (YENİLƏNİB)

Cəmiyyət

Bakı. Trend:

Mədəniyyət Nazirliyi Xalq artisti, muğam sənətinin görkəmli
nümayəndəsi Arif Babayevin ölümü ilə bağlı nekroloq yayıb.

Trend xəbər verir
ki, nekroloqda deyilir:

“Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Xalq artisti,
muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev vəfat
etmişdir.

Arif Babayev uzun illər ərzində milli musiqi sənətimizin
inkişafında, muğam məktəbinin qorunub saxlanılmasında və yeni nəsil
ifaçıların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Onun
zəngin yaradıcılığı, pedaqoji fəaliyyəti və sənətə verdiyi töhfələr
xalqımızın mədəni irsində daim yaşayacaqdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərhum sənətkarın
ailəsinə, yaxınlarına və bütün mədəniyyət ictimaiyyətinə dərin
hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”.




xxx

08:57

Xalq artisti Arif Babayev vəfat edib.

Trend-in
məlumatına görə, bu barədə onun oğlu Yaşar Babayev məlumat
verib.

Xatırladaq ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində
Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə
Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. İyulun
24-də isə Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili
ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi
Klinik Xəstəxanasına gətirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir