Bakıda moped avtomobillə toqquşub: sürücü ölüb

Cəmiyyət

Bakı. Trend:

Suraxanı rayonunda moped idarəetmədən çıxaraq avtomobillə
toqquşub.

Trend-in
məlumatına görə, hadisə iyulun 30-da saat 12 radələrində qeydə
alınıb.




Belə ki, Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Toğrul
İbrahimli idarə etdiyi “Tufan M50” markalı, qeydiyyat nişanı
olmayan mopedlə hava limanı istiqamətində hərəkətdə olarkən
idarəetməni itirərək Zığ şossesi 17 kilometrdə hərəkətsiz dayanan
1987-ci il təvəllüdlü Ələkbər Quliyevin idarə etdiyi “FORD” markalı
99-JY-255 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə
toqquşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində
ölüb.

Faktla bağlı Suraxanı RPİ-nin İB-də araşdırma aparılır.