Epizootoloji monitorinqlər keçiriləcək

Cəmiyyət

Bakı. Trend:

Cari ilin 11-22 avqust tarixlərində respublika ərazisində
atların, arıların və donuzların həssas olduqları xüsusi təhlükəli
xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinə
məqsədilə diaqnostik nümunələr götürüləcək.

Trend
xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi
(AQTA) məlumat yayıb.

Bildirilir ki, təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq
norma və qaydalarına əməl olunması üçün maarifləndirmə-təbliğat
tədbirləri həyata keçiriləcək, epizootoloji məlumatlar toplanaraq
təhlil ediləcək.




“Tədbir müddətində müşahidə aparılacaq ərazilər və epizootoloji
vəziyyət barədə məlumatlar müvafiq elektron sistemə daxil
ediləcək.

Monitorinqdə AQTA-nın, Qida Təhlükəsizliyi İnstitutunun və Kənd
Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin
mütəxəssisləri iştirak edəcəklər”, – qurumdan əlavə olunub.

Spread the love