Moldovada şəhid övladları üçün “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi keçirilir (FOTO)

Cəmiyyət

Bakı. Trend:

29 iyul – 4 avqust tarixlərində Moldovanın paytaxtı Kişineu
şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş
“Qardaşlaşmış Qarabağ Məktəbləri” VI Yay Düşərgəsi keçirilir.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Bildirilib ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə
baş tutan düşərgənin təşkilatlçıları “CAM” Azərbaycan Moldova
Birliyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Moldova
Azərbaycanlıları Konqresi və Azərbaycanlıların İsveçrədəki
Mədəniyyət Mərkəzidir.




Tədbirdə Azərbaycandan olan şəhid övladları ilə yanaşı,
Moldovada yaşayan azərbaycanlı ailələrin uşaqları da iştirak
edir.

Proqram çərçivəsində iştirakçılar müxtəlif sahələr üzrə peşəkar
təlimlərə qatılacaq, tanışlıq və qrup fəaliyyətləri vasitəsilə yeni
bilik və bacarıqlara yiyələnəcəklər. Eyni zamanda, onlar Moldovanın
tarixi, mədəni və turistik məkanlarını ziyarət etmək imkanı
qazanacaqlar.

Spread the love