Azərbaycan və Qırğızıstan arasında elektron icazə blankı ilə ilk yükdaşımalar həyata keçirilib (FOTO)

Cəmiyyət

Bakı.Trend:

Türkiyə və Özbəkistandan sonra Qırğızıstanla da beynəlxalq
yükdaşımalarında “e-Permit”in – elektron icazə blankının tətbiqi
ilə yükdaşımaları yerinə yetirilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat
yayıb.

Bildirilir ki, Gürcüstan-Qırğızıstan marşrutu üzrə ölkəmizin
ərazisindən tranzit yük daşımaları həyata keçirən Qırğızıstanın
daşıyıcı şirkətinə məxsus yük avtomobili Azərbaycana çatıb:

“Azərbaycana məxsus nəqliyyat vasitələrinə də Qırğızıstana
beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün elektron icazə
blankları verilib. Yaxın günlərdə Azərbaycan-Qırğızıstan marşrutu
üzrə elektron “İcazə” blanklarından istifadə edilməklə ikitərəfli
beynəlxalq yük daşımalarının həyata keçirilməsi gözlənilir.




Qeyd edək ki, “İcazə” blanklarının mübadiləsi və verilməsinin
tam rəqəmsallaşdırılması bu prosesin şəffaflığını təmin edir,
yükdaşımaların təşkilinin səmərəliliyini artırır və icazələrin
alınmasında daşıyıcılara resurslarına qənaət etmək imkanı yaradır.
Reallaşdırılan layihə mərhələli şəkildə beynəlxalq yükdaşıma
fəaliyyəti həyata keçirilən digər ölkələrlə “İcazə” blanklarının
elektron şəkildə mübadiləsi və verilməsini nəzərdə tutur”.

“Beynəlxalq yükdaşımalarda elektronlaşma və rəqəmsal
texnologiyaların daha geniş tətbiqi üçün işlər davam etdirilir.

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq
yükdaşımalarında rəqəmsal texnologiyalar uğurla tətbiq olunur. Bu
proses ikitərəfli əsasda ölkələrlə mübadilə olunan “İcazə”
blanklarının elektronlaşdırılmasını da əhatə edir”, – qurumdan
əlavə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir