
Bakı. Trend:
2025-ci ilin ilk 7 ayında yeni doğulan körpələrə ən çox hansı
adların verildiyi məlum olub.
Trend Ədliyyə
Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 2025-ci ildə
yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı
qoyulub.
Belə ki, 802 ailə bu addan istifadə edib.
Bundan əlavə Hüseyn 534, Raul
521, Əli 517, Yusif 516,
Ömər isə 388 yeni doğulan oğlan
uşağına seçilən ad olub.
Dünyana yeni göz açan qız uşaqları üçün ən çox istifadə edilən
ad isə Zəhra olub. 533 uşağa bu
ad verilib.
Bununla yanaşı, Melisa 515, Məryəm
510, Zeynəb 508, Nilay
484, Ayla isə 462 uşağın
adı kimi ailələr tərəfindən seçilib.