53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkar olunub

Cəmiyyət

Bakı.Trend:

2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayına qədər 53
nəfər şəxsin tanınma üçün saxta diplom təqdim etdiyi, həmçinin
kvalifikasiyasının tanınması barədə imtina qərarı verilmiş 12 nəfər
şəxsin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etmələri
tərəfimizdən aşkar olunub.

Trend xəbər
verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat
yayıb.




Agentliyin Nizamnaməsinə əsasən, öz fəaliyyəti ilə əlaqədar
sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər
görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat
vermək qurumun vəzifələri arasında təsbit olunduğundan, aşkarlanmış
saxta diplomlar, eləcə də şəhadətnamələrlə bağlı məlumatlar
mütəmadi olaraq ümumiləşdirilərək qanunvericiliyin tələblərinə
uyğun olaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara
göndərilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir