Bakıda görkəmli muğam ifaçısı Arif Babayevlə vida mərasimi keçirilib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində görkəmli muğam ifaçısı, “Şöhrət”,
“İstiqlal” və “Şərəf” dövlət ordenlərinin laureatır, xalq artisti
Arif Babayevlə vida mərasimi keçirilib.

Trend xəbər verir
ki, muğam və xalq mahnıları ustası uzun sürən xəstəlikdən sonra 88
yaşında dünyasını dəyişib.

Görkəmli xanəndə I Fəxri Xiyabanda dəfn olunacaq.

Vida mərasimində dövlət və ictimai xadimlər, mədəniyyət və elmin
tanınmış nümayəndələri, yaradıcı ziyalılar və gənclər iştirak
ediblər.




Qeyd edək ki, Xalq artisti Arif Babayev 1938-ci il fevralın
20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub.

1960-cı illərin əvvəllərindən o, Bakıda peşəkar yaradıcılıq
fəaliyyətinə başlayıb – əvvəlcə Azərbaycan Dövlət Filarmoniyasında,
daha sonra isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
muğam ifaçısı-solisti kimi fəaliyyət göstərib.

Muğam-operalarda onun yaratdığı Məcnun (“Leyli və Məcnun”),
Kərəm (“Əsli və Kərəm”), Aşıq Qərib və Camal kimi parlaq obrazlar
tamaşaçıların yaddaşında qalıb. Xanəndə ustalıqla “Şur”, “Segah”
muğam-dastgahlarını, “Arazbarı”, “Qarabağ şikəstəsi”
zərbi-muğamlarını ifa edib.

O, uzun illər uğurlu şəkildə Azərbaycan musiqi mədəniyyətini
ölkə xaricində təmsil edib, ölkənin əhəmiyyətli incəsənət
tədbirlərində iştirak edib və bir sıra istedadlı ifaçıların
yetişməsinə töhfə verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir