“Rəqəmsal məktəb” platforması ilə bağlı vəziyyət nə yerdədir?

Cəmiyyət

Bakı. Trend:

“Rəqəmsal məktəb” platformasının real rejimdə işləməsi üçün
platformanın texniki imkanları araşdırılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi
Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müasir təlim texnologiyalarının tədris prosesinə
inteqrasiyasının təmin edilməsi, interaktivlik və əlçatanlıq üçün
milli onlayn “Rəqəmsal məktəb” təhsil platforması fəaliyyətə
başlayıb.




“İlkin mərhələdə “Rəqəmsal məktəb” platforması Bakı şəhərində
yerləşən ümumi təhsil müəssisələrində test rejimində tətbiq edilir.
Sözügedən platforma təhsil sistemində müasir texnologiyaların
tətbiqi ilə yanaşı tədris və idarəetmə proseslərini
təkmilləşdirmək, həmçinin təhsildə şəffaflığı artırmaq məqsədi
daşıyır.

Bildiririk ki, “Rəqəmsal məktəb” platforması pilot rejimdə Bakı
şəhəri ərazisində yerləşən ümumi təhsil müəssisələrində tətbiq
olunub. Tədris ili bitdiyi üçün hazırda pilot rejimi dövrünün
nəticələri təhlil edilir. Real rejimdə işləməsi üçün platformanın
texniki imkanları araşdırılır.

Bu mərhələ yekunlaşdıqdan sonra layihənin əhatə dairəsi ilə
bağlı qərar veriləcək və ictimaiyyət məlumatlandırılacaq”, – deyə
Agentlikdən qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir