PUA Akademiyasının növbəti buraxılış mərasimi keçirilib

Cəmiyyət

Bakı. Trend:

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava
Qüvvələrinin Pilotsuz Uçuş Aparatları (PUA) Akademiyasında PUA
mütəxəssislərinin hazırlığı kursunun buraxılış mərasimi
keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid
olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
Respublikasının Dövlət Himni ifa olunub.




Tədbirdə çıxış edən polkovnik Mobil Ovçiyev məzunları Müdafiə
Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək
xidmətlərində uğurlar arzulayıb.

Sonda kursu bitirən hərbi qulluqçulara sertifikatlar təqdim
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir