Bu mobil operator şirkətinə yeni direktor təyin olundu – FOTO

Cəmiyyət

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni direktor təyin olunub.

Milli.Az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı şirkətin İdarə Heyəti müvafiq qərar qəbul edib.

Qərara əsasən, bu vəzifəyə İsayev İsa Bünyad oğlu təyin olunub.




Qeyd edək ki, “Naxtel” 2015-ci ilin iyul ayında Naxçıvan şəhərində təsis olunub. “Naxtel” 4-cü nəsil GSM + LTE operatorudur.

Milli.Az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir