Son bir ayda özünüməşğulluq proqramı üzrə 2,1 min şəxs üçün kiçik təsərrüfatlar qurulub

Cəmiyyət

Bakı. Trend:

Son bir ayda paytaxt və regionlarda 2114 işsiz və işaxtaran
şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında
aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar qurulub.

Trend
xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat
yayıb.

Bildirilib ki, proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə
təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə
olunması üzrə bilik və bacarıqlar öyrədilir.




Təlimləri uğurla bitirən proqram iştirakçıları sonda aktivlərlə
təmin olunurlar.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq
proqramı iştirakçılarının aktivlərlə təminatı davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir