Sabah Abşeron çimərliklərində 30 dərəcəyədək isti olacaq

Cəmiyyət

Bakı. Trend:

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Milli
Hidrometeorologiya Xidməti məlumat yayıb.




Bildirilib ki, avqustun 3-də şimal-qərb küləyi səhər cənub-şərq
küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) +28 dərəcədən +29
dərəcəyədək, Cənub çimərliklərində(Türkan, Hövsan, Sahil, Şıx) isə
+29 dərəcədən +30 dərəcəyədək olacaq.

Spread the love