“Avqustun 31-dək metronun bağlanması məsələsi qüvvədə saxlanılır. Burada texniki, epidemioloji və metronun ventilyasiya sistemi ilə əlaqədar rəylər var”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O bildirib ki, ekspertlərin də rəyi ondan ibarətdir ki, yeraltı, dar və mərkəzləşmiş ventilyasiya sistemi olan şəraitdə virusun təkrar hərəkət etməsi mümkündür və beləcə yoluxma arta bilər:
“Buna görə, metronun işə salınması məqsədəuyğun hesab olunmur”.
