Bakıda 40 dərəcəyədək isti qeydə alınıb – FAKTİKİ HAVA

Cəmiyyət

Bakı. Trend:

Avqustun 3-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən, ölkə
ərazisində isti hava şəraiti davam edib.




Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında
eləcə də Aran rayonlarında 40, dağlıq rayonlarda 30, Naxçıvan MR-da
isə 41 dərəcəyədək isti qeydə alınıb.