Sabah 41 dərəcəyədək isti olacaq

Cəmiyyət

Bakı. Trend:

Avqustun 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-28, gündüz 35-40 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət
gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək.




Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28, gündüz 35-40, bəzi yerlərdə 41
dərəcəyədək isti, dağlarda gecə 21-26, gündüz 29-34 dərəcə isti
olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir